Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyninizin gec qocalmasını istəyirsinizsə...

Beyninizin gec qocalmasını istəyirsinizsə...

Tarix: 5 Iyun 2024 08:15

Nebraska-Lincoln və İllinoys Universitetinin alimlərinin apardıqlarlı araşdırma nəticəsində məlum olub ki, bir neçə qida beynin qocalmasının qarşısını almaqda effektlidir. Hazırkı araşdırma, sağlam beyin yaşlanmasını təşviq edə biləcək qida maddələrinin xüsusi profilini müəyyən edib. Bu, gələcək tədqiqatlar üçün də əlverşli nəticədir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, beynin qocalmasının qarşısını alan məhsullar sırasına balıq, kətan toxumu, çia toxumu, balqabaq və günəbaxan tumu, qozda rast gəlinən eikosapentaenoik turşusu və lipoik turşusu daxildir.

"Üç fərqli karotenoid, bir çox meyvə və tərəvəzə xarakterik rəng verən fitopiqmentlər, gecikmiş beyin yaşlanmasının qidalanma profilində əsas rol oynayır. Karotenoidlərlə zəngin qidalara ispanaq, kələm, qarğıdalı, bolqar bibəri (qırmızı, yaşıl və ya sarı), pomidor, qarpız, qreypfrut, qovun, brokoli və yerkökü daxildir", - deyə alimlər vurğulayıb.

Bundan əlavə, E vitamini ilə zəngin qidaların qəbulu da məsləhət görülüb.


Etiketlər:  Beyninizin qocalmasını istəyirsinizsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ