Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2024 15:22
İndoneziyanın hazırkı paytaxtı Cakarta təbii fəlakətlər, infrastruktur problemləri və qrunt suları səbəbindən sürətlə batır. Ölkənin yeni paytaxtını Nusantaraya köçürmək üçün işlər böyük ölçüdə tamamlanıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın milli inkişaf və planlama naziri Suharso Monoarfa məlumat verib.
Onun sözlərinə görə, prezident Coko Vidodo İndoneziyanın coğrafiyasını əks etdirdiyi üçün 80 ad arasında paytaxtın yeni adı kimi "arxipelaq" mənasını verən "Nusantara"nı seçib.
Prezident Vidodo isə yeni paytaxta köçmə prosesinin 80 faiz tamamlandığını və təmiz su bağlantısı təmin edildikdən sonra gələn ay yeni ofisindən işə başlayacağını açıqlayıb.
"Avqust ayında Müstəqillik Günü çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq", - o, Prezident sarayının qarşısında verdiyi açıqlamada bildirib.