Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2024 20:34
"Rəqibin gücünə bələdik. Oyundan əvvəl də məşqçilər lazımi tapşırıqları verib".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.
Albaniya ilə yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edən Mahir meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: "Rəqibi analiz etmişik. Çalışacağıq ki, qələbə qazanaq və xalqımızı sevindirək. Oyunun rəsmi və ya yoldaşlıq matçı olmasının heç bir mənası yoxdu. Meydana Azərbaycan bayrağı altında çıxırıq. Albaniya xoş rəqibdi, adları bizə maraqlıdı. Eyni zamanda, özümüzün də hansı formada olmağımızı görəcəyik".
Emreli meydana yüksək motivasiya ilə çıxacağını vurğulamaqla yanaşı Arif Əsədovun da ünvanına xoş sözlər səsləndirib: "Mövsüm sona çatsa da, oyun üçün acam. Çünki uzun müddət zədə səbəbindən oynamamışam. Motivasiyam başdan aşır. Bu sual Arif müəllimə verilsə daha yaxşı olqrdı. Amma məşqçimiz uşaqların hamısından razı görünürdü. Hər birimizin Arif müəllimə hörmətimiz hədsizdir. Əlbəttə ki, onun bizə verdiyi motivasiya fərqlidi. Çünki o da bizim birimizdi - azərbaycanlıdır. Qol vursam, Arif müəllimə həsr edəcəm. Ümumiyyətlə isə hücumçunun işi qol vurmaqdır. Hər bir qol hücumçu üçün motivasiyadı".
Qeyd edək ki, Azərbaycan - Albaniya oyunu sabah Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum" stadionunda saat 21:00-da start götürəcək.