Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Albalı sapı ilə artıq çəkidən və xəstəlikdən əsər-əlamət qalmayacaq

Albalı sapı ilə artıq çəkidən və xəstəlikdən əsər-əlamət qalmayacaq

Tarix: 9 Iyun 2024 07:48

Şəfa mənbəyi olan albalının sapı da ən azı özü qədər faydalıdır. Albalı sapı, xüsusən də qaynadılıb içildikdə xəstəliklərdən əsər-əlamət qalmır.

Milli.Az axar.az-a istinadən albalı sapının faydalarını təqdim edir:

Albalıdan mürəbbə, desert, meyvə şirəsi, marmelad və s. hazırlanır. Hətta onu müxtəlif ət yeməklərinin də tərkibinə qatırlar.

Qədim dövrlərdən bəri geniş şəkildə istehlak edilən albalı Yunanıstanda doğum nisbətini artıran meyvə sayılırdı. Çində də albalı şirəsi sonsuzluğun çarəsi hesab edilirdi.

Bir çox mifoloji hekayədə təriflənən albalının bir ovucu belə bədəni təmizləmək və susuzluğu yatızdırmaq üçün kifayətdir.

Albalı saplarını yaxşıca yuduqdan sonra çay kimi dəmləyib istehlak edə bilərsiniz. Bu çay güclü sidikqovucu təsirə malikdir. Pis xolesterolu azaltmağa kömək edir. Ürək-damar xəstəlikləri riskini azaldır. Orqanizmdə toksinlərin yığılmasının qarşısını alır. Həzmi və maddələr mübadiləsini tənzimləyir. Arıqlamağa kömək edir.

Albalı çox yeyildikdə belə orqanizmə heç bir ciddi ziyan vurmur. Ancaq bəzi insanların immuniteti albalı vitaminlərinə qarşı aktivləşdikdə, bu, allergik reaksiyaya səbəb ola bilər. Nəticədə ağız ətrafında yaralar və dilin şişməsi kimi əlamətlər yarana bilər.

Milli.Az


Etiketlər:  Albalı sapı ilə artıq çəkidən xəstəlikdən əsər əlamət qalmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ