Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2024 02:38
Belçikanın Baş naziri Aleksandr De Kros istefa verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Le Soir" qəzeti məlumat yayıb.
"Bizim üçün xüsusilə çətin bir axşam oldu, uduzduq. Sabahdan etibarən mən səlahiyyət müddətini başa vuran baş nazir olacağam", - De Kros bildirib.
Qeyd edək ki, bu gün Belçikada həm milli, həm regional, həm də Avropa Parlamentinə seçkilər keçirilib.