Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şoyqudan Hakan Fidana: Buna hazıram

Şoyqudan Hakan Fidana: Buna hazıram

Tarix: 10 Iyun 2024 23:52

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidanla işçi görüş keçirib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Şoyqu türkiyəli həmkarına cari ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edib.

"Təhlükəsizlik şuraları xətti ilə Rusiya-Türkiyə əlaqələrinin artırılmasına hazıram. Fürsətdən istifadə edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri Kalın, müdafiə naziri Gülər, eləcə də uyğun vaxtda Rusiyada gözlədiyim Türkiyə Cümhuriyyətinin Milli Təhlükəsizlik Şurasının Baş katibi Hacımüftüoğluna salamlarımı çatdırmağı xahiş edirəm. Üçüncü rübdə Moskva və ya Ankarada təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edirəm", - deyə Şoyqu bildirib.


Etiketlər:  Şoyqudan Hakan Fidana Buna hazıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ