Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2024 09:12
İranda zəlzələ olub
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bu gün Kerman əyalətinin Zərənd şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ səhər saat 03:40-da və 6 kilometr dərinlikdə qeydə alınıb.
Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyninejad zəlzələ nəticəsində dağıntıların olmadığını bildirib.