Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qoşaçaya ildırım düşdü: ölən və yaralananlar var

Qoşaçaya ildırım düşdü: ölən və yaralananlar var

Tarix: 12 Iyun 2024 15:50

İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinə ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatda 16 yaşlı yeniyetmənin yerindəcə keçindiyi, 15 yaşlı yeniyetmə qız və oğlanın isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldıqları bildirilib.

Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.

Milli.Az


Etiketlər:  Qoşaçaya ildırım düşdü ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ