Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 08:10
Müğənni Teylor Sviftin pərəstişkarları növbəti dəfə seysmik aktivliyə səbəb olublar.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Hadisə sənətçinin iyunun 7-dən 9-dək Edinburqda baş tutan üç konsertində qeydə alınıb.
Seysmoloq Kallum Harrison bildirib ki, aktivlik Edinburqdakı "Mürreyfild" stadionundan 6 kilometr aralıda hiss olunub. Bu, Teylor "Ready for It?" mahnısını ifa edərkən yaşanıb.
Konsertlərin ən enerjilisi isə 73 min tamaşaçının toplaşdığı ilk gecə olub. Azarkeşlər Yer kürəsini 23,4 nyuton metr maksimum fırlanma anı ilə itələyiblər.
Ümumilikdə konsertlərə sənətçinin 200 mindən çox pərəstişkarl qatılıb. Onlar təxminən 80 kVt enerji istehsal ediblər ki, bu da 6000 avtomobil akkumulyatoru ilə müqayisə edilə bilər.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Sviftin fanatları Sietldə 2,3 bal gücündə zəlzələyə ekvivalent seysmik aktivliyə səbəb olmuşdular.