Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər ölüb

Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər ölüb

Tarix: 15 Iyun 2024 08:46

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib.

"Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib", - o qeyd edib.

Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.


Etiketlər:  Belqorod vilayətinin atəşə tutulması nəticəsində nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ