Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koloradoda təyyarə qəzası - yaralananlar var

Koloradoda təyyarə qəzası - yaralananlar var

Tarix: 17 Iyun 2024 10:04

ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, insident Denverdən təxminən 65 km cənubda Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli "Tecnam P2006T" təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb. Təcili yardım xidmətləri gələnə qədər onlar özləri təyyarədən çıxıblar.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə şəraiti Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacaq.

Milli.Az


Etiketlər:  Koloradoda təyyarə qəzası yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ