Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramil Şeydayev Türkiyədə 200 min avro itirdi

Ramil Şeydayev Türkiyədə 200 min avro itirdi

Tarix: 19 Iyun 2024 10:24

Almaniyanın tanınmış "Transfermarkt" portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və "Kocaelispor"un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Ramil Şeydayev Türkiyədə avro itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ