Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ikinci müharibəyə hazırlaşır – Nəsrullahdan cavab

İsrail ikinci müharibəyə hazırlaşır – Nəsrullahdan cavab

Tarix: 20 Iyun 2024 08:24

Hizbullah İsraillə müharibə olacağı təqdirdə İsrail ərazisinin istənilən hissəsinə hücum edə biləcək arsenala sahibdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hizbullah lideri Seyid Həsən Nəsrallah deyib.

"Düşmən bilir ki, biz ən pis ssenariyə hazırlaşırdıq və heç bir yerdə bizim raketlərimizdən qaçmaq olmaz", - o bildirib.

Nəsrallah Aralıq dənizindəki hədəflərə hücumu da istisna etməyib. O, eyni zamanda Kipr Respublikasına xəbərdarlıq edərək, İsrailə hərbi təlimlər üçün öz liman və aerodromlarını açacağı halda rəsmi Nikosiyanın da müharibə tərəfi hesab olunacağını bildirib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi Livanla bağlı müharibə qərarı verməyə çox yaxın olduqları barədə açıqlama yayıb.

Milli.Az


Etiketlər:  İsrail ikinci müharibəyə hazırlaşır Nəsrullahdan cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ