Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2024 21:18
Qərb bütün qeyri-populyar qərarları Ukrayna Prezidenti Vladimir Zelenskinin üzərinə yıxacaq və sonra onu biri ilə əvəz edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Hanoyda jurnalistlərə açıqlamasında deyib.
"Qərbdə onu (Zelenski - red.) dəyişmək istəmirlər, zamanı deyil. Düşünürəm ki, bu, hər bir insan üçün aydındır. Bütün qeyri-populyar qərarları, o cümlədən hərbi xidmətə çağırış yaşının aşağı salınmasını onun üstünə yıxacaqlar, sonra dəyişəcəklər. Hesab edirəm ki, növbəti ilin birinci yarısında bu baş verə bilər", - deyə Kreml rəhbəri bildirib.