Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Psixi sağlamlığa zərər vermədən məzuniyyətdən qayıtmağın yolu

Psixi sağlamlığa zərər vermədən məzuniyyətdən qayıtmağın yolu

Tarix: 23 Iyun 2024 04:06

"Ağır stress yaşamamaq üçün məzuniyyətdən işə qayıtma prosesi tədricən olmalıdır".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov deyib.

Onun sözlərinə görə, bu taktika fiziki və psixoloji vəziyyətə zərər vurmamaq imkanı verir.

"Hər kəsə işə çıxarkən ilk günləri özləri üçün giriş günləri etməyi tövsiyə edirəm, sadəcə gəlib işdə olun. İstənilən yaxşı iş sprint deyil, marafondur", - deyə Javnerov bildirib.

Psixoloq insanların işə münasibətinin müxtəlif ola biləcəyinə də diqqət çəkib:

"Bəzi insanlar iki gün ərzində tapşırıqları yerinə yetirib, üçüncü gün isə tükənirlər. Digərləri, iki və ya üç ay işlədikdən sonra yığılmış yorğunluğu hiss edirlər".

Javnerovun fikrincə, işə yenidən başlamağın ən yaxşı yolu mühitin köklü şəkildə dəyişməsi ola bilər.

Milli.Az


Etiketlər:  Psixi sağlamlığa zərər vermədən məzuniyyətdən qayıtmağın yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ