Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 11:05
Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, proqram zamanı anasından danışan sənətçi göz yaşlarını saxlaya bilməyib. O, imkansızlıqdan anasının istədiyi dərmanı ala bilmədiyini qeyd edib:
"Anam xəstə idi. O zamanlar da efirdən bir dərmanı reklam edirdilər. Həmin ərəfədə kanallar da az idi. Bir gün anam mənə dedi ki, "Bu dərmanı mənim üçün al, sağalacağam". Amma imkanım çatmadı ki, anama o dərmanı alım".
Göz yaşlarına qərq olan Nadir bu sözlərdən sonra studiyanı tərk edib.
Həmin görüntüləri təqdim edirik: