Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin mövqeyi dəyişməyəcək

Millimizin mövqeyi dəyişməyəcək

Tarix: 23 Iyun 2024 12:40

Azərbaycan millisinin FİFA-nın iyul reytinqindəki mövqeyi bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mamızın xalı və yerinin dəyişməyəcəyini proqnozlaşdırır.

Komandamız indiki kimi 1179,88 xalla 111-ci pillədə qalacaq. Buna səbəb yığmanın və qonşu pillələrdəki komandaların heç bir matça çıxmamasıdır.

Düzdür, AVRO-2024 və Amerika kuboku bir sıra dəyişikliklər vəd edir. Amma bu turnirlərin iştirakçıları daha yüksək pillələrdə qərarlaşıblar. Dəyişikliklər də əsasən "Top-100"də olacaq. Okeaniya Millətlər Kubokunun iştirakçıları isə daha aşağı sıralarda yer alıblar.

Qeyd edək ki, FİFA-nın son siyahısı iyunun 20-də açıqlanıb.

Milli.Az


Etiketlər:  Millimizin mövqeyi dəyişməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ