Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Universitetin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Universitetin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Tarix: 25 Noyabr 2019 20:52

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) kollektivi və məzunları Universitetin 100 illik yubileyi münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Universitetin kollektivi Öndər Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ