Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 10:28
Bakı. Trend:
Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub.
Trend-in məlumatına görə, 31 yaşlı rusiyalı idmançının amerikalı Toni Ferqyusonla döyüşü 2020-ci il aprelin 18-də baş tutacaq.
Bu barədə H.Nurməhəmmədovun meneceri Əli Abdeləzizi özünün "Twitter" səhifəsində yazıb.
O, "Qartal Bruklinə eniş edəcəck" kimi paylaşım da qeyd edib.
Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.
Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin