Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ATV-də yarpaq tökümü: Bəzi proqramlar daha efirə çıxmayacaq

ATV-də yarpaq tökümü: Bəzi proqramlar daha efirə çıxmayacaq

Tarix: 28 Iyun 2024 16:15

ATV ötən gündən başlayaraq proqramları ilə bu mövsümlük vidalaşır.

Milli.Az bildirir ki, olay-ın məlumatına görə, dünən "El canlı" verilişi sezon finalı edib.

Həftəiçi 5 gün yayımlanan "Rəngarəng səhər" də artıq ekrana gəlməyəcək. Aparıcı Zaur Nəbioğlu bildirib ki, onlar final edib. Yeni sezonda başqa veriliş yayımlanacaq.

Bu gün "Günaylı gün" proqramı da efirə bir müddətlik ara verəcək.

Hər axşam yayımlanan "7 tamam" proqramı da sezon finalı edəcək. Yeni mövsümdə Nanə Ağamalıyevanın başqa proqramla, yoxsa bu layihə ilə ekrana çıxıb-çıxmamağı sual altındadır.

Milli.Az


Etiketlər:  ATV yarpaq tökümü Bəzi proqramlar daha efirə çıxmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ