Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2024 21:38
Dünya çempionatında qızıl medal qazanacağıma söz verirəm.
Sonxeber.net xəbər verir ki, bunu report.az-a Sofiyaya ezam olunan əməkdaşına açıqlamasında Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı deyib.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı təəssüratlarının çox yaxşı olduğunu bildirib:
"Yarış yüksək səviyyədə təşkil olunub. Azərbaycan Cüdo Federasiyasına, baş məşqçimiz Rüstəm Alimliyə və məşqçimiz Emin İsgəndərova öz təşəkkürümü bildirirəm. Onlar bizi yarışa ən yaxşı formada hazırlayırlar. Hədəfim çempion istəyirdim, təəssüf ki, alınmadı. Bəxtim gətirmədi, bürünc medalla kifayətləndim. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin yarışda qızıl medal qazanacağıma söz verirəm. Mundiala ən yüksək səviyyədə hazırlaşacağıq".
Qeyd edək ki, turnir iyunun 30-da başa çatacaq.