Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 17:52
Super Liqa təmsilçilərindən "Qalatasaray" yeni mövsüm öncəsi ilk transferini açıqlamağa hazırlaşır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, "sarı-qırmızılılar" "Fənərbağça" ilə müqaviləsi başa çatan Mişi Batşuayi ilə anlaşıb.
Belçikalı hücumçu "Qalatasaray"la müqavilə bağlamaq üçün İstanbula gəlib.
Azad agent kimi "Qalatasaray"a keçəcək futbolçunun "aslanlarla" 2027-ci ilə qədər anlaşma imzalayacağı gözlənilir.
Hüçumçu 2022-ci ildə "Çelsi"dən İstanbul klubuna keçib. Son mövsümdə əsas heyətdə yer ala bilməyən Batşuayi "sarı-lacivərdlilər"lə müqavilə yeniləməyib.
Qeyd edək ki, hazırki bazar dəyəri 8,5 milyon avro olan belçikalı Super Liqada "Fənərbağça" forması ilə 79 matça çıxıb, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.