Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CeyLo ondan uzun müddətdir ayrılıb

CeyLo ondan uzun müddətdir ayrılıb

Tarix: 2 Iyul 2024 21:05

Amerikalı məşhur müğənni Cennifer Lopezlə həyat yoldaşı, həmkarı Ben Afflekin uzun müddətdir evliliklərini bitirdiyi bildirilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki,  bu barədə cütlüyə yaxın mənbələr "Page Six"ə danışıb.

Nəşrin məlumatına görə, CeyLo ilə Afflek bir neçə ay əvvəl ayrılıb.

Bu müddət ərzində onlar birlikdə olduqlarını nümayiş etdirməyə çalışıblar. Lakin aralarındakı münasibət getdikcə pisləşib. Belə ki, ikili martdan bəri bir-birlərini görmürlər və ünsiyyət qurmurlar. Ayrılıq müddəti Cennifer üçün ağrılı keçib. Onun panik atakları olub.

Bildirilib ki, ikilinin barışmaq şansları yoxdur.

Qeyd edək ki, 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan çox olan üzük vermişdi və onlar elə həmin ilin iyulunda Las-Veqasda evlənmişdilər.


Etiketlər:  CeyLo ondan uzun müddətdir ayrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ