Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 13:32
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza verib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb oyunçunun Azərbaycan Premyer Liqasının 12-ci turunda"Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam təmsilçisini 2400 manat ziyana da salıb.
Həmin görüşdə “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.