Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 23:03
"Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Astanada Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
"Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar" - Azərbaycan Prezidenti əlavə edib.