Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb

Səfir: Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb

Tarix: 9 Iyul 2024 11:14

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfrans zamanı deyib.

O həmçinin bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb.

Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil:

"Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub".


Etiketlər:  Səfir Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ