Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda boşanmış qadına...''

''Azərbaycanda boşanmış qadına...''

Tarix: 10 Iyul 2024 14:30

"Sevdiyim yoxdur. Sevmək üçün insan fədakar olmalıdır. Təəsüf ki, sevgidən sonra gələn hissi yaşaya bilməmişəm. Birinci sənət qadını olmaq mane olur. Hələ boşanmış qadın. Azərbaycan cəmiyyətində boşanmış qadına intim obyekt kimi baxırlar".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Həftənin qonağı" verilişində deyib. Müğənni şəxsi həyatından, sevgidən danışıb:

"Boşanmış qadına yalnız onu xoşbəxt etməyə qadir insan yaxın durmalıdır. O qadın bir dəfə yıxılıb, parça-parça olub. Ayağa durur, özünü yapışdırır. O qadının özündən ağır mənəvi yükü var. Hələ övladı varsa... Onu xoşbəxt edəcəksənsə, yaxın durmalısan. Qadını sevilmək duyğusu bütün plastik əməliyyatdan, kosmetikadan gözəl göstərir. Əgər bir qaşıq sevgi verib çömçə-çömçə burnundan gətirəcəksənsə elə qadın tək qalsın. Qadın özünü xoşbəxt etməyi bacarmalıdır. Qərara gəldim ki, Azərbaycan kişisi xoşbəxt olmaq istəmir. Çünki eqosu birincidir. Mən, mən deyir".


Etiketlər:  Azərbaycanda boşanmış qadına


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ