Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baxın, ABŞ Bakı ilə necə “oynayır” - Danielyan

Baxın, ABŞ Bakı ilə necə “oynayır” - Danielyan

Tarix: 11 Iyul 2024 11:24

Onilliklər ərzində Qərbin Türkiyə ilə problemləri olanda "soyqırım" (qondarma "erməni soyqırımı nəzərdə tutulur - red.") məsələsi gündəmə gətirilib, münasibətlər tənzimlənəndə onlar bütün bunları unudublar. İndi hətta İsrail Türkiyəni "erməni soyqırımı"nı tanımaqla hədələyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Stepan Danielyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, indi eyni şeyi Azərbaycanla etməyə çalışırlar:

"ABŞ bir cibindən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri çıxarır - o, ermənilərin Qarabağa qayıtmasını tələb edir, eyni gündə digər cibindən NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı çıxarır - o, Vaşinqtonda XİN rəhbəri ilə (Ceyhun Bayramov - red.) NATO-Azərbaycan əlaqələrinin dərinləşməsindən bəhs edir, bundan əvvəl isə Bakıda ABŞ dövlət katibinin müavini Azərbaycanı cəsarətli addımı ilə Cənubi Qafqaza sülh gətirdiyinə görə tərifləyir.

Və bir çox romantik bu və ya digərinin ağzına baxır və ümidini bu cür ifadələrə bağlayır.

Bu o demək deyil ki, yalnız Birləşmiş Ştatlar belə davranır; bu, köhnə siyasi ənənədir, kim bacarırsa, belə edir - ABŞ isə bunu çox "inandırıcı" və "demokratik" edir".

Milli.Az


Etiketlər:  Baxın ABŞ Bakı ilə necə oynayır Danielyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ