Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2024 00:24
Son zamanlar adı məşhur Avropa klubları ilə çəkilən Kerem Aktürkoğlunun menecerindən açıqlama gəlib.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, Uilliam Davila Rusiya mətbuatına "Spartak Moskva"dan gələn təklifi qəbul etmədiklərini deyib.
Davila buna səbəb kimi Keremin avrokiuboklarda mübarizə aparan komandaya keçmək istəyini göstərib.
Bu açıqlamadan sonra "Spartak"ın cavabı gecikmədi. Klubun ümumi direktoru Oleq Malışev menecerin açıqlamalarına bu cür fikir bildirib:
"Hər şeydən əvvəl başa düşməlisiniz ki, oyunçunun meneceri yalan danışır, futbolçunun reklamını aparır ki, onu yaxşı bir komandaya transfer edə bilsin. Bu səbəbdən xüsusilə onun haqqında şərh bildirmək istəmirəm. Rus klublarının avrokuboklara qatıla bilməməsi səbəbilə transfer imkanlarının məhdud olması isə heç kimə sirr deyil".
Kerem Aktürkoğlunun adı Moskva klubu ilə yanaşı, "Real Sosyedad"la da çəkilirdi. Onun hazırki bazar dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, milli komanda üzvünün "Qalatasarayla" müqavilə müddəti 2026-cı ilə qədərdir.