Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN başçısı: Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir

XİN başçısı: Ermənistanda artan sürətli hərbiləşmə  narahatlıq mənbəyidir

Tarix: 13 Iyul 2024 17:00

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.

Məlumatda bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:

"Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb".


Etiketlər:  XİN başçısı Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ