Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trampa qarşı sui-qəsd onun qələbə şansını artırıb''

''Trampa qarşı sui-qəsd onun qələbə şansını artırıb''

Tarix: 14 Iyul 2024 11:42

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd onun qarşıdan gələn seçkilərdə qalib gəlmək şansını artırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu fikri bir neçə respublikaçı konqresmen "Politico"ya şərhlərində bildirib.

Viskonsin ştatından olan respublikaçı nümayəndə Derrik Van Orden deyib: "Prezident Tramp bu hücumdan sağ çıxdı - o, sadəcə seçkilərdə qalib gəldi".

"Politico" yazır ki, respublikaçıların hamısı Trampın qələbəsinə bu qədər inamı bölüşməsə də, bir çoxları sui-qəsdin onun dəstəyini gücləndirəcəyini proqnozlaşdırır.

Tennessi ştatının nümayəndəsi Tim Burçett "bu, hər şeydən çox əsas elektorata enerji verəcək" deyib.

Milli.Az


Etiketlər:  Trampa qarşı qəsd onun qələbə şansını artırıb


RƏYLƏR