Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kreml Trampa qarşı sui-qəsd cəhdini pisləyib

Kreml Trampa qarşı sui-qəsd cəhdini pisləyib

Tarix: 14 Iyul 2024 16:30

Kreml siyasi mübarizə zamanı istənilən zorakılıq təzahürlərini pisləyir.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş prezidenti və yeni prezidentlik yarışının iştirakçısı Donald Trampa sui-qəsd cəhdini belə şərh edib.

"Rusiya hər zaman siyasi mübarizə zamanı zorakılığın istənilən təzahürünü pisləyib və indi də qətiyyətlə pisləyirik. Bütün kənar müşahidəçilərə aydın idi ki, ABŞ-ın keçmiş prezidenti və yeni prezidentlik yarışının iştirakçısı Donald Trampın həyatı təhlükə altındadır", Rusiya liderinin mətbuat katibi deyib.

"Namizəd Trampı ilk növbədə hüquqi vasitələrdən istifadə edərək siyasi arenadan uzaqlaşdırmaq üçün çoxsaylı cəhdlərdən sonra, məhkəmələr, prokurorluq, namizədi siyasi nüfuzdan salmağa və güzəştə getməyə çalışsa da, onun həyatının təhlükədə olduğu bütün kənar müşahidəçilərə aydın idi" - Peskov deyib.

Milli.Az


Etiketlər:  Kreml Trampa qarşı qəsd cəhdini pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ