Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampa sui-qəsd cəhdindən sonra Bayden Texas səfərini təxirə salıb

Trampa sui-qəsd cəhdindən sonra Bayden Texas səfərini təxirə salıb

Tarix: 15 Iyul 2024 08:38

ABŞ prezidenti Cozef Bayden ölkənin keçmiş lideri Donald Trampın Pensilvaniyada keçirilən mitinqdə atəşə tutulmasından sonra iyulun 15-nə planlaşdırılan Texas səfərini təxirə salıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident əvvəlcə bazar ertəsi, iyulun 15-nə planlaşdırılan Texas səfərinin vaxtını dəyişdirir", - deyə məlumatda bildirilib.

Bundan əvvəl Bayden milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirib və ona Trampa sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar verilib.

Milli.Az


Etiketlər:  Trampa qəsd cəhdindən sonra Bayden Texas səfərini təxirə salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ