Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi göz yaşlarını saxlaya bilmədi - VİDEO - FOTO

Messi göz yaşlarını saxlaya bilmədi - VİDEO - FOTO

Tarix: 15 Iyul 2024 10:08

Futbol üzrə Amerika Kubokunun finalında Argentina və Kolumbiya komandaları qarşılaşıblar.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb.

Matçın taleyini uzatma dəqiqələri həll edib.

Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.

Qeyd edək ki, Floridada, "Hard Rock Stadium"da keçirilən final oyunu bir neçə dəfə təxirə salınıb.

Minlərlə biletsiz azarkeş hasarlardan adlamağa, havalandırma şaxtalarından keçməyə çalışıb. Bu səbəbdən oyunun startı planlaşdırıldığından 83 dəqiqə gec başlayıb.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi isə 65-ci dəqiqədə yıxılaraq zədə alıb. Meydandan çıxarılan forvard ağlayıb.

Milli.Az


Etiketlər:  Messi göz yaşlarını saxlaya bilmədi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ