Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 13:28
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Olimpiakos"la keçirilən oyun "Tottenhem"in hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, görüşdə dubl edən ingilis hücumçu bununla Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
26 yaşlı forvard bu turnirdə ən tez 20 qol həddinə çatan oyunçu olub. Onun rekordu 24-cü oyununda qeydə alınıb. Buna qədər isə rekord 26 matçda 20 dəfə fərqlənən Alessandro Del Pyeroya məxsus idi. Rud Van Nistelroya siyahıda 3-cüdür (27 oyun).