Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 10:48
Mahir Emrelinin yeni komandası bəlli olub.
Sonxeber.net Offsideplus.az-a istinadən bildirir ki, millimizin üzvü karyerasını Almaniyada davam etdirəcək.
27 yaşlı futbolçu "Nürnberq"lə razılaşıb. Məlumatı Almaniya mətbuatı yayıb. Futbolçunun sazişində maraqlı şərt var. Forvard Bundesliqa-2 təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Lakin komanda əsas çempionatına vəsiqə qazansa, Mahir daha 1 mövsüm Almaniyada qalacaq. Bu, baş verməsə, futbolçumuz azad agent olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü son olaraq "Dinamo"da (Zaqreb) çıxış edib.