Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Komitəsinin sədr müavini: Bakının ənənəvi mərkəzi ilə yanaşı, daha iki növ mərkəzi olmalıdır

Dövlət Komitəsinin sədr müavini: Bakının ənənəvi mərkəzi ilə yanaşı, daha iki növ mərkəzi olmalıdır

Tarix: 27 Noyabr 2019 15:16

Bakı. İlhamə İsabalayeva - Trend:

Beynəlxalq ekspertlərin təklif etdiyi və yerli ekspertlərin də dəstəklədiyi yanaşma ondan ibarətdir ki, Bakının ənənəvi mərkəzi ilə yanaşı, daha iki növ mərkəzi - regional şəhər mərkəzi və alt mərkəzlər olmalıdır.

Trend-in məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu gün böyük Bakıya baxdıqda ayrıca şəhər olmasına baxmayaraq, Sumqayıtı da, Xırdalanı da infrastruktur baxımından nəzərə almaq lazımdır: "Bu gün Sumqayıt regional mərkəz rolunu oynayır. Regional mərkəzin mahiyyəti ondadır ki, bu mərkəz - alt və ya regional olmasından asılı olmayaraq, ümumiyyətlə mərkəzlər, - ənənəvi mərkəzlə oxşar infrastruktura malik olmalıdırlar. Sumqayıt təbii ki, belə bir mərkəzdir. Biz onu ona görə regional mərkəz adlandırırıq ki, o, Bakının ənənəvi mərkəzindən kifayət qədər uzaqdır. O, Bakıətrafı əraziləri birləşdirən region üçün bir mərkəz rolunu oynayır. Ələt və Mərdəkanda da regional mərkəzlərin qurulması təklif olunur".

A.Quliyev deyib ki, Xırdalan alt mərkəzlərdən biri ola bilər: "Bakıdan kənarda yerləşsə də, oxşar yanaşma ilə Binəqədi, Hövsan, Lökbatan, Zığ, Sabunçu əraziləri də Bakının alt mərkəzləri kimi təqdim oluna bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət Komitəsinin sədr müavini Bakının ənənəvi mərkəzi ilə yanaşı daha növ mərkəzi olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ