Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu qurumların bir-birindən xəbəri yoxdur''

''Bu qurumların bir-birindən xəbəri yoxdur''

Tarix: 19 Iyul 2024 06:50

Aparıcı Rövşanə Ağasəfqızı küçələrində aparılan qazıntı işlərinə görə qurumlardan şikayətçidir.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, küçələrindəki yolun müxtəlif qurumlar tərəfindən 4 dəfə qazıldığını açıqlayıb:

"Bizim keçə eksperiment məkanına çevrilib. "Azərsu" işini görüb qurtardı, Regional Su Meliorasiya Xidməti işini görüb bitirdi, indi də "Azərişıq". Güləmli vəziyyət yaranıb, deyiləsi deyil. Gəlib boruları basdırıb getdilər, indi yenidən qazma işləri aparılır. Bu qurumların bir-birindən xəbəri yoxdur. Yer üzündə belə bir şey görülməyib. 4 dəfə torpaq qazılır, toz-torpaq yaranır. Belə biabırçı vəziyyətdədir bizim döngə".

Milli.Az


Etiketlər:  qurumların birindən xəbəri yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ