Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2024 07:24
İsrail hərbçiləri Livanın cənubuna endirdiyi hava hücumunda "Hizbullah"ın elit "Radvan" xüsusi təyinatlı qüvvələrinin iki komandirini öldürüb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 18-də axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Cmeicma və Macdal-Səlm yaşayış məntəqələrinin kənarlarına zərbələr endirib. Onların hədəfi "Radvan" bölmələrinin komanda mərkəzləri idi.
"Zərbə zamanı "Radvan" qüvvələrinin əməliyyat bölməsinin komandiri və terrorçu Əli Cəfər Maatuk "Radvan" qüvvələrinin Hacir bölgəsindəki əməliyyatlarına cavabdeh olan digər komandirlə birlikdə məhv edilib", - məlumatda diqqətə çatdırılıb.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Şakra kəndi ərazisində "Hizbullah"ın hərbi infrastrukturuna zərbə endirib.