Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təl-Əvivdə partlayış - ölən və yaralananlar var

Təl-Əvivdə partlayış - ölən və yaralananlar var

Tarix: 19 Iyul 2024 09:25

Təl-Əvivdə baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Qeyd olunur ki, iki zərərçəkən qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb.

İsrail Ordusunun yaydığı məlumata görə, partlayışa səbəb "hava hədəfinin" yerə düşməsi olub.

İsrail Hərbi Hava Qüvvələrinin ölkənin hava məkanını qorumaq üçün patrul xidmətini gücləndirdiyi bildirilir.


Etiketlər:  Təl Əvivdə partlayış ölən yaralananlar


RƏYLƏR