Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sülh danışıqları nə yerdədir? - Prezident açıqladı

Sülh danışıqları nə yerdədir? - Prezident açıqladı

Tarix: 20 Iyul 2024 18:06

Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı - red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Amma burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir".


Etiketlər:  Sülh danışıqları yerdədir Prezident açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ