Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2024 17:58
Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq:
"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək".
Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.