Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kevin Səudiyyə Ərəbistanı klubuna keçir

Kevin Səudiyyə Ərəbistanı klubuna keçir

Tarix: 22 Iyul 2024 11:44

"Mançester Siti"nin hücumçusu Kevin de Brüyne Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməyə razılaşıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə klubu ilə "Əl-İttihad" arasında 33 yaşlı futbolçu ilə bağlı danışıqlar davam edir.

İyunun əvvəlində forvardın yay transfer pəncərəsində komandasını tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Kevin özü də karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirəcəyini istisna etməyib.

Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən "Siti"də çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.


Etiketlər:  Kevin Səudiyyə Ərəbistanı klubuna keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ