Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vyetnamda ikigünlük matəm elan olundu

Vyetnamda ikigünlük matəm elan olundu

Tarix: 22 Iyul 2024 15:22

Vyetnam Kommunist Partiyasının Baş katibi Nquen Fu Çonqun ölümü ilə əlaqədar ölkədə ikigünlük milli matəm elan olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, vida və anım mərasimi iyulun 25-26-da keçiriləcək.

Vida və anım mərasimi Hanoy şəhərində keçiriləcək.

İkigünlük milli matəm dövründə Vyetnamın dövlət bayraqları yarıya qədər endiriləcək və ölkənin bütün dövlət idarələrində və ictimai yerlərdə əyləncə tədbirləri ləğv olunacaq.

Xatırladaq ki, Nquen Fu Çonq iyulun 19-da 81 yaşında vəfat edib. O, 2016-2021-ci illərdə Vyetnam hökumətinə başçılıq edib, daha sonra isə ölkə Prezidenti seçilib. Nquen Fu Çonq 2011-ci ildən Vyetnamın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi olub.

Milli.Az


Etiketlər:  Vyetnamda ikigünlük matəm elan olundu


RƏYLƏR