Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya OD TUTUB YANIR: tarixin ən isti günü QEYDƏ ALINDI

Dünya OD TUTUB YANIR: tarixin ən isti günü QEYDƏ ALINDI

Tarix: 23 Iyul 2024 20:26

İyulun 21-i dünyanın ən isti günü olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, iyulun 21-də səth havasının orta temperaturu rekord göstəricini cəmi 0,1°C üstələyərək 17,09°C-yə çatıb.

Bundan əvvəl Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) mütəxəssisləri 2024-cü ilin aprelinin Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olduğunu bildirmişdilər.

C3S-in məlumatına görə, keçən ay qlobal temperaturlar tarixi orta göstəricilərdən 1,58°C yuxarı olub.

Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur sənayedən əvvəlki səviyyədən 1,61°C yuxarı qalxaraq təhlükəsiz istiləşmə həddini 1,5°C keçib.

C3S hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan ölçmələrə əsaslanır.

Milli.Az


Etiketlər:  Dünya OD TUTUB YANIR tarixin ən isti günü QEYDƏ ALINDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ