Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək

Tarix: 24 Iyul 2024 16:39

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  bu, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında" imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Etiketlər:  Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ