Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2024 19:00
Burundidə hərarət, oynaq ağrısı və geniş yayılmış səpgi şikayətləri ilə xəstəxanaya müraciət edən 5 nəfərdən 3-də "M çiçəyi" virusu aşkar edilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Burundi Səhiyyə Nazirliyinin açıqlama verib.
Açıqlamada virusa qarşı bütün tədbirlərin görüldüyü və testi müsbət çıxan şəxslərlə təmasda olanların müayinə olunacağı bildirilib.
Xatırladaq ki, iyulun 23-də Burundinin qonşusu Konqo Demokratik Respublikasında (DRC) sürətlə yayılan "M çiçəyi" epidemiyasının regional yayılma riskinin olduğu barədə xəbərdarlıq edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyada 3100-dən çox "M çiçəyi" hadisəsi qeydə alınıb. Virus əvvəllər ABŞ və Hindistanda ölümlərə səbəb olub.