Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2024 17:15
"Fast-food" istehlak edən qadınların otoimmün xəstəliklərdən əziyyət çəkmə ehtimalının daha yüksək olduğu ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda "Daily Mail" xəbər dərc edib.
Harvard Universitetində aparılan bir araşdırma göstərib ki, süni dadlandırıcılar və konservantlarla dolu olan bu qidalardan çox istifadə edən insanların oynaq ağrıları, dəri problemləri və yorğunluğa səbəb olan lupus xəstəliyinə tutulma ehtimalı yüzdə 56 daha çoxdur.
Əvvəlki araşdırmalar göstərib ki, hazır yeməklər və dondurulmuş qidalar kimi həddindən artıq işlənmiş qidalar xərçəng, Alzheimer və ürək xəstəlikləri də daxil olmaqla həyati təhlükəsi olan xəstəliklərlə əlaqələndirilir.