Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov Məhəmməd Reza Areflə görüşüb - FOTO

Əli Əsədov Məhəmməd Reza Areflə görüşüb - FOTO

Tarix: 30 Iyul 2024 17:15

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sonxeber.net-a bildiriblər ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


Etiketlər:  Əli Əsədov Məhəmməd Reza Areflə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ