Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2024 21:36
Danimarka "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib.
Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.
Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.
Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.